Xəzər dənizində təlimlərin intensivliyi artıb

Xəzər dənizində təlimlərin intensivliyi artıb Rusiyanın Qara dəniz donanması və Xəzər donanmasının gəmilərinin döyüş təlimlərinin intensivliyi 2017-ci ildə üçdə bir dəfə artıb
Region
3 Noyabr , 2017 11:54
Xəzər dənizində təlimlərin intensivliyi artıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiyanın Qara dəniz donanması və Xəzər donanması gəmilərinin, o cümlədən artilleriya və raket atəşləri gəmilərinin döyüş təlimlərinin intensivliyi 2017-ci ilin ötən dövründə üçdə bir dəfə artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin ordu komandanı Aleksandr Dvornikov bildirib.

O, Qara dəniz donanması və Xəzər donanmasına yeni gəmilərin və sualtı qayıqların cəlb edilməsinin şəxsi heyətin döyüş hazırlığının intensivliyini artırmağa, ekipajların dəniz təlimlərinin yaxşılaşdırmasına imkan verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi