Xəzər dənizində İrana məxsus hərbi gəmi qəzaya uğrayıb

Xəzər dənizində İrana məxsus hərbi gəmi qəzaya uğrayıb Hadisə nəticəsində iki heyət üzvü itkin düşüb
Region
11 Yanvar , 2018 05:07
Xəzər dənizində İrana məxsus hərbi gəmi qəzaya uğrayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ İranın hərbi gəmisi Xəzər dənizində hərəkətdə olarkən beton dalğaqıranla toqquşub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki heyət üzvü itkin düşüb.

Uzunluğu 1000 metrə çatan "Dəmavənd" hərbi gəmisi Bəndər-Ənzəli şəhərinin limanında dalğanın hündürlüyü 4 metrə çatdığı məqamda baş verib. Qəza nəticəsində heyət üzvlərindən 6-sı suya düşüb, onlardan 4 nəfərini operativ şəkildə xilas etmək mümkün olub.

Heç bir rəsmi mənbə qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yaymayıb.

Son xəbərlər

Orphus sistemi