Xarici agent kimi tanınan KİV-lərə Rusiya Dövlət Dumasına daxil olmaq qadağan edilib

Xarici agent kimi tanınan KİV-lərə Rusiya Dövlət Dumasına daxil olmaq qadağan edilib Dövlət Duması Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər kimi tanınan ABŞ KİV-inin Aşağı Palataya girişinə qadağa qoyan qətnamə qəbul edib
Region
6 Dekabr , 2017 13:23
Xarici agent kimi tanınan KİV-lərə Rusiya Dövlət Dumasına daxil olmaq qadağan edilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Rusiya Dövlət Duması Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər kimi tanınan ABŞ KİV-nin Aşağı Palataya girişinə qadağa qoyan qətnamə qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qətnamə layihəsi Dövlət Dumasının Nəzarət və Reqlament Komitəsi tərəfindən hazırlanıb.

Dövlət Dumasından bildirilib ki, bu cür tədbirlər ABŞ hökumətinin rusiyalı jurnalistlərə münasibətinə, o cümlədən xarici agent kimi tanınan "Russia Today" telekanalının əməkdaşlarının ABŞ Konqresinə giriş akkreditasiyadan məhrum edilməsinə cavabdır.

Bundan əlavə, qətnamədə Dövlət Dumasının regional qanunverici orqanlara öz səlahiyyətləri daxilində bənzər qərarlar qəbul etmək təklifi ilə bağlı müddəa var.

Son xəbərlər

Orphus sistemi