Xamneyi nüvə danışıqlarında iştirak edən İran təmsilçilərinə təşəkkür edib

Xamneyi nüvə danışıqlarında iştirak edən İran təmsilçilərinə təşəkkür edib Ali rəhbər İran prezidenti Həsən Ruhanini və Nazirlər Kabinetinin üzvlərini qəbul edib
Region
15 İyul , 2015 14:00
Xamneyi nüvə danışıqlarında iştirak edən İran təmsilçilərinə təşəkkür edib

Bakı. 15 iyul. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi atom-nüvə proqramı üzrə Tehranla "altılıq" ölkələri arasında keçirilən danışıqlarda iştirak edən İran təmsilçilərinə təşəkkür edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Razılaşmadan sonra o, İran prezidenti Həsən Ruhanini və Nazirlər Kabinetinin üzvlərini qəbul edib. S.Ə.Xamneyi hökumət üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək, onlara uğurlar arzulayıb.

İranın ali rəhbəri bildirib ki, xalq fikir, düşüncə və qənaətlə bağlı mühakimələrində səhv etmir: "Onların mühakimələrinə əsasən hansı rəsmi şəxsin fəaliyyətinin doğru-düzgün olduğunun müəyyənləşdirmək olar".

Həsən Ruhani Seyid Əli Xamneyiyə nüvə danışıqlarını himayə etdiyi və istiqamətləndirdiyi üçün təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi