​Xamneyi: "AEBA-nın müfəttişləri İranın hərbi obyektlərinə buraxılmayacaq"

​Xamneyi: "AEBA-nın müfəttişləri İranın hərbi obyektlərinə buraxılmayacaq" İranın ali dini rəhbəri: "Biz bu sayaq sorğuya imkan verməyəcəyik"
Region
20 May , 2015 15:43
​Xamneyi: AEBA-nın müfəttişləri İranın hərbi obyektlərinə buraxılmayacaq

Bakı. 20 may. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri İranın hərbi obyektlərinə buraxılmayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyi İmam Hüseyn adına Hərbi Universitetdə məzunlar qarşısında çıxışında deyib: "AEBA-nın heç bir eksperti İranın hərbi obyektlərində təftiş aparmağa buraxılmayacaq. Xarici dövlətlər agentliyin təftişi zamanı iranlı nüvə alimləri arasında sorğu keçirmək istəyirlər. Ancaq bu zaman onlar alimlərimizi faktiki olaraq sorğu-suala deyil, istintaqa çəkirlər. İran bu sayaq sorğuya imkan verməyəcək".

Son xəbərlər

Orphus sistemi