Xameneinin müşaviri: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"

Xameneinin müşaviri: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür" "Etibar etmədiyimiz insanla danışıqlar necə aparmaq olar?"
Region
13 İyul , 2018 13:34
Xameneinin müşaviri: İran ABŞ ilə danışıqlara ehtiyac görmür

Bakı. 13 iyul. REPORT.AZ/ "İran qətnamələri və beynəlxalq razılaşmaları pozan ABŞ ilə danışıqların aparılmasına ehtiyac görmür".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "Valday" diskussiya klubunda deyib.

"Danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar etmədiyimiz insanla danışıqlar necə aparmaq olar?", - o bildirib. 

Ə.Ə.Vilayəti qeyd edib ki, ABŞ hakimiyyəti beynəlxalq, o cümlədən nüvə sazişi üzrə razılaşmaları pozub.

Son xəbərlər

Orphus sistemi