Yuxarı

​Xamenei: "Səudiyyə Ərəbistanının diplomatik missiyalarının binasına basqın İran və islamın nüfuzuna zərbədir"

Səudiyyə Ərəbistanı və bir sıra ərəb dövləti bu basqından sonra İranla diplomtik əlaqələri kəsib

Bakı. 20 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərbistanının İrandakı səfirliyi və başqa diplomatik missiyasının binasına basqın İslam Respublikası və islamın nüfuzuna zərbədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Nimra ən-Nimra adlı ictimai xadimi edam etdikdən sonra krallığın İslam Respublikasındakı səfirlik və konsulluğunun binası yandırılmışdı. Səudiyyə Ərəbistanı və bir sıra ərəb dövləti bu basqından sonra İranla diplomtik əlaqələri kəsib.

Xatırladaq ki, Tehran Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərinin tənzimlənməsi üçün vasitəçilik etməsinə razılıq verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi