​Xamenei: "Amerikaya ölüm" şüarı Amerika xalqına qarşı deyil, Amerikanın siyasətinə yönəlib"

​Xamenei: "Amerikaya ölüm" şüarı Amerika xalqına qarşı deyil, Amerikanın siyasətinə yönəlib" "Nüvə sazişi Vaşinqtona nifrət etməyə mane olmur"
Region
4 Noyabr , 2015 06:54
​Xamenei: Amerikaya ölüm şüarı Amerika xalqına qarşı deyil, Amerikanın siyasətinə yönəlib

Bakı. 4 noyabr. REPORT.AZ/ " "Amerikaya ölüm" şüarı Amerika xalqına qarşı deyil, Amerikanın siyasətinə yönəlib".

"Report" AP-yə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətulla Əli Xamenei bildirib.

Xamenei və İran hökuməti əvvəlki kimi ABŞ-a şübhə ilə yanaşır və onun siyasətinə ölkə üçün təhlükə mənbəyi kimi baxır. O, həmçinin təkrarən xəbərdarlıq edib ki, nüvə sazişinə baxmayaraq ABŞ-a etibar etmək olmaz.

Dini liderin fikrincə, Birləşmiş Ştatlar İranı məhv etmək üçün imkan əldə etdikdə "utanmayacaq".

"ABŞ siyasətinin mahiyyəti əvvəlkinin davamıdır və xalq bunu unutmayacaq", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi