Yuxarı
    Bağlamaq

    Xamenei: "ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indikilər də güclənməsinə köməklik göstərirlər"

    Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu

    Bakı. 9 aprel. REPORT.AZ/ Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu.

    "Report" xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib.

    "Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər", - deyə o bildirib.

    Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar.

    "Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər. ABŞ da eyni səhvləri təkrar edir", - deyə Xamenei bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi