Yuxarı
    Bağlamaq

    Xəzəryanı ölkələr hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayacaqlar

    Həmin müqavilə regionun beş ölkəsinin meteoroloji idarələri arasında məlumat mübadiləsini bərpa etməyə imkan yaradacaq

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Xəzər sammiti zamanı hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Vladimir İvlev açıqlama verib. 

    Onun sözlərinə görə, bu müqavilənin bağlanması Xəzər regionunun meteoroloji idarələri arasında məlumat mübadiləsini bərpa etməyə imkan yaradacaq. Müqavilənin imzalanmasından sonra beş Xəzəryanı ölkə hava proqnozları, ətraf mühitin və Xəzər dənizində suyun vəziyyəti haqqında məlumatları bir-birinə ötürə biləcəklər. 

    Xəzəryanı dövlətlərin dördüncü sammiti sentyabr ayının 29-da Rusiyanın Həştərxan şəhərində keçiriləcək. Beş ölkə - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya arasında keçiriləcək görüşün əsas mövzusu Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi olacaq. Ölkələr  20 ildən artıqdır ki, dəniz şelfinin bölünməsi ilə bağlı danışıqlar aparır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi