Yuxarı

WSJ: Türkiyə "İncirlik" bazasını ABŞ qırıcıları üçün açır

Bu barədə məlumatı The Wall Street Journal qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-a məxsus qırıcı təyyarələr Türkiyənin cənub-şərqində yerləşən “İncirlik” hərbi bazasından İŞİD-lə mübarizə üçün istifadə edə biləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb.

Rəsmi olaraq təstiqlənməmiş məlumata əsasən, Vaşinqtonla Ankara arasında bir neçə ay davam edən danışıqlar prosesinin yekununda Türkiyə rəhbərliyi "İncirlik" bazasını "İŞİD"-ə qarşı istifadə etməyə icazə verib.

İddiaya görə, hərbi bazanın İŞİD-yə qarşı istifadəsinə dair son qərar ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi