"Wall Street Journal": İran Avropaya neft ixracını bərpa edir

"Wall Street Journal": İran Avropaya neft ixracını bərpa edir İran Avropaya gündə 300 min barel neft satmağı planlaşdırır
Region
8 Fevral , 2016 11:52
Wall Street Journal: İran Avropaya neft ixracını bərpa edir

Bakı. 8 fevral. REPORT.AZ/ İsveçrənin "Glencore" əmtəə treyderi İran neftini Avropaya gətirmək üçün fəaliyyətə başlayan ilk şirkət olub. "Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, neft Avropaya dəniz yolu ilə gətiriləcək.

"Glencore AG"nin icarəyə götürdüyü tanker Fars körfəzindəki terminalda 80 min ton nefti qəbul edib.

Məlumata görə, İran Avropaya gündə 300 min barel neft satmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi