Bakı. 27 yanvar. REPORT.AZ/ Volqo-Xəzər kanalının 128 kilometrliyində İranın "Nardiz" adlı teploxodunda yanğın baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Göyərtəsində 11 nəfər olan teploxod Həştərxan-Ənzəli marşrutu istiqamətində hərəkət edirmiş.