Yuxarı
    Bağlamaq

    Vladimir Qonçarov: "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək"

    Yerevanda ilk ArmHiTec-2016 silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb

    Bakı. 13 oktyabr. REPORT.AZ/ "Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.

    Qeyd edək ki, Yerevanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.

    Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, "Uran" ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi