Vladimir Putinin prezidentliyə namizədliyi üçün 1 milyon 600 mindən çox imza toplanıb

Vladimir Putinin prezidentliyə namizədliyi üçün 1 milyon 600 mindən çox imza toplanıb Ölkədə imzatoplama kampaniyası yanvarın 22-də başa çatır
Region
22 Yanvar , 2018 15:04
Vladimir Putinin prezidentliyə namizədliyi üçün 1 milyon 600 mindən çox imza toplanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın hazırkı prezidenti Vladimir Putinin bu vəzifəyə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza toplanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkədə imzatoplama kampaniyası yanvarın 22-də başa çatır.

Prezidentliyə iddiaçı, teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə 101 min imza toplayıb.

Qeyd edək ki, Rusiyada prezidentliyə namizədin qeydiyyata alınması üçün 100 min imza tələb olunur. Ölkədə prezident seçkisi bu ilin martın 18-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi