Yuxarı

Vladimir Putinin mətbuat konfransını təxminən 1,4 min jurnalist işıqlandıracaq

Rusiya prezidentinin illik böyük mətbuat konfransı dekabrın 17-də keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransında iştirak etmək üçün təxminən 1,4 min jurnalist akkreditasiyadan keçib.

"Report" xəbər verir ki, akkreditə olunmuş KİV nümayəndələrinin siyahısı Kremlin saytında dərc olunub. Orada 1390 jurnalistin adı və soyadı qeyd olunub.

Rusiya prezidentinin mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

İllik böyük mətbuat konfransı təcrübəsini V.Putin 2001-ci ildən tətbiq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi