Vladimir Putinin mətbuat katibi: "Rusiya Türkiyə ilə əlaqələrin keçmişdə olduğu kimi yüksək səviyyəyə qalxmasını istəyir"

Vladimir Putinin mətbuat katibi: "Rusiya Türkiyə ilə əlaqələrin keçmişdə olduğu kimi yüksək səviyyəyə qalxmasını istəyir" Dmitri Peskov: "Türkiyənin aqressiv hərəkətlərinə görə belə bir geniş və zəngin əlaqələrin pozulmasından təəssüflənirik"
Region
15 İyun , 2016 15:44
Vladimir Putinin mətbuat katibi: Rusiya Türkiyə ilə əlaqələrin keçmişdə olduğu kimi yüksək səviyyəyə qalxmasını istəyir

Bakı. 15 iyun. REPORT.AZ/ "Türkiyə ilə yenidən yaxşı əlaqələr qurmaq istəyərdik. Amma əvvəlcə rəsmi Ankara müvafiq addımlar atmalıdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Günü münasibətilə dövlət başçısı Vladimir Putinə göndəriyi təbrik məktubuna münasibət bildirən D.Peskov deyib: "Bu, bir protokol mesajıdır. Ənənəvi olaraq, milli günlər və bayramlarda belə mesajlar qarşılıqlı olaraq göndərilir. Bu, beynəlxalq münasibətlərdə daim tətbiq edilən qaydadır".

"Türkiyə müvafiq addımlar atmalıdır" deyəndə rəsmi olaraq üzr istənilməsini və təzminat ödənilməsini nəzərdə tutursunuz" sualına Rusiya prezidentinin mətbuat katibi belə cavab verib: "Bəli, təbii ki, bunu nəzərdə tuturuq".

D.Peskov deyib ki, Rusiya Türkiyə ilə əlaqələrin keçmişdə olduğu kimi yenidən yüksək səviyyəyə qalxmasını istəyir: "Prezident Vladimir Putun Türkiyə ilə yaxşı əlaqələrin qurulmasına və davam etdirilməsinə tərəfdar olduğunu bir neçə dəfə deyib. Bundan başqa, Türkiyə ilə ticarət, iqtisadiyyat kimi sahələrdə gerçək bir əməkdaşlığın mövcud olduğu dövrdən çox məmnunduq. Türkiyənin aqressiv hərəkətlərinə görə belə bir geniş və zəngin əlaqələrin pozulmasından təəssüflənirik".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 24-də Rusiyaya məxsus "Su-24" təyyarəsi Türkiyənin hava sərhədini pozduğuna görə vurulub. Bundan sonra iki ölkə arasında gərginlik yaranıb. 

12 iyun- Rusiya Günü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinə, Türkiyənin baş naziri Binəli Yıldırım isə həmkarı Dmitri Medvedyevə təbrik məktubu göndərib.

Son xəbərlər

Orphus sistemi