Vladimir Putin ukraynalı həmkarının təkrar prezident seçilməsinə qarşıdır

Vladimir Putin ukraynalı həmkarının təkrar prezident seçilməsinə qarşıdır Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə telefon söhbəti barədə müraciətləri rədd etməsinə aydınlıq gətirib.
Region
5 Dekabr , 2018 17:02
Vladimir Putin ukraynalı həmkarının təkrar prezident seçilməsinə qarşıdır
РИА Новости
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə telefon söhbəti barədə müraciətləri rədd etməsinə aydınlıq gətirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, V.Putin bu addımı ukraynalı həmkarının növbəti prezident seçkilərində iştirak etməməsi üçün atdığını deyib.

Onun sözlərinə görə, P.Poroşenko məharətlə yaratdığı böhran vəziyyətlərinin məsuliyyətini dərhal Rusiyanın üzərinə yıxır, daha sonra da yaranan problemləri həll etməsi görüntüsünü yaradır: “Onun bəsit fəndləri budur, amma mən bu oyunlarda iştirak etmək istəmirəm və etməyəcəyəm”.

Xatırladaq ki, noyabrın 25-də Ukraynanın üç gəmisi Rusiya tərəfindən Kerç boğazında saxlanılıb.

Son xəbərlər

Orphus sistemi