Rusiyanın Türkiyəyə təyin etdiyi yeni səfirin adı rəsmən açıqlanıb

Rusiyanın Türkiyəyə təyin etdiyi yeni səfirin adı rəsmən açıqlanıb Bir müddət əvvəl Türkiyə KİV-i onun səfir təyin ediləcəyini bildirmişdi
Region
19 İyun , 2017 12:42
Rusiyanın Türkiyəyə təyin etdiyi yeni səfirin adı rəsmən açıqlanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Aleksey Yerxov Türkiyəyə yeni səfir təyin edilib.

“Report” xəbər verir ki, bu haqda Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə KİV-i A.Yerxovun səfir təyin ediləcəyi haqqında məlumat yaymışdı. 

Qeyd edək ki, o, bu təyinatadək Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi İdarəsinin rəisi olub. O, həmçinin Rusiyanın İstanbuldakı baş konsulu işləyib.

Son xəbərlər

Orphus sistemi