Bakı. 25 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanışını həyata keçirməklə bağlı tapşırıq verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yoxlama Cənub, Qərb və Mərkəz dairələrinə, eləcə də Şimali Donanması və HKQ və HDQ baş komandanlıqlarına şamil olunacaq.
Rusiya müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, qəfil yoxlama Silahlı Qüvvələrin böhran vəziyyətini lokallaşdırmaq qabiliyyətini göstərəcək.
Bundan əlavə, S.Şoyqu xarici hərbi attaşelərə qəfil yoxlama barədə məlumat verilməsini tapşırıb.