Vladimir Putin: "Səfirin qətlə yetirilməsi Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir etməyəcək"

Vladimir Putin: "Səfirin qətlə yetirilməsi Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir etməyəcək" "Əvvəllər Türkiyə hökumətinin Suriya-Türkiyə sərhədində hərbi təyyarəni vurmaq əmri vermədiyinə şübhə ilə yanaşırdım"
Region
23 Dekabr , 2016 15:08
Vladimir Putin: Səfirin qətlə yetirilməsi Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir etməyəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ "Səfirimizin qətlə yetirilməsi, fikrimcə, Rusiyaya və Rusiya-Türkiyə münasibətlərinə qəsdən edilmiş hücum idi".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetilməsini şərh edərkən deyib.

O bildirib ki, əvvəllər Türkiyə hökumətinin Suriya-Türkiyə sərhədində hərbi təyyarəni vurmaq əmri vermədiyinə şübhə ilə yanaşırdım, amma son hadisələrdən sonra fikrim dəyişib: "İndi, səfirə hücumdan sonra fikrimi dəyişməyə başlamışam. Destruktiv elementlərin dövlət strukturlarına, o cümlədən hüquq-mühafizə orqanlarına nüfuz etməsi dərin xarakter daşıyır".

V.Putin həmçinin səfirin qətlə yetirilməsinin Rusiya və Türkiyə arasındakı ikitərəfli münasibətlərə təsir göstərməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi