Vladimir Putin seçki proqramını açıqlayıb

Vladimir Putin seçki proqramını açıqlayıb "Seçki proqramım, demək olar, hazırdır"
Region
14 Dekabr , 2017 13:26
Vladimir Putin seçki proqramını açıqlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ "Seçki proqramım, demək olar, hazırdır".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.

"Rusiyanı necə görmək istədiyim haqqında çox danışmışam. O, gələcəyə istiqamətlənən, müasir, yüksək texnologiyalar üzərində qurulan ölkə olmalıdır. Seçki proqramım barədə danışmaq istəməzdim, onu deyim ki, bu, artıq hazırdır. Diqqət yönəldilməsi lazım olan məsələlər infrastrukturun, səhiyyənin, təhsilin, yüksək texnologiyaların inkişafıdır. Hər şey vətəndaşların gəlirlərinin artırılmasına yönəlməlidir", - V.Putin bildirib.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin mart ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi