Vladimir Putin Rusiyanın iqtisadi vəziyyətini şərh edib

Vladimir Putin Rusiyanın iqtisadi vəziyyətini şərh edib "Ümumilikdə plan üzrə hərəkət edirik"
Region
23 Dekabr , 2016 13:30
Vladimir Putin Rusiyanın iqtisadi vəziyyətini şərh edib

Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiyanın büdcə kəsiri 2016-cı ildə 3,7% təşkil edəcək".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında ölkədə iqtisadi vəziyyəti şərh edərkən deyib.

"Bu məqbul göstəricidir", - deyə o bildirib.

Eyni zamanda, V.Putinin sözlərinə görə, 2016-cı ildə Rusiyada ÜDM-in azalması 0,5-0,6% təşkil edəcək.

"Ümumilikdə ictimaiyyətə təqdim edilən plan üzrə hərəkət edirik. Plan həyata keçirilir, özü də müsbət işarə ilə", - prezident fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi