Vladimir ​Putin Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb

Vladimir ​Putin Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb Rusiya prezidenti Nadejda Savçenkonu Ukraynanın Donbas bölgəsində ölən rusiyalı jurnalistlərin dul həyat yoldaşlarının xahişi əsasında əfv edib
Region
25 May , 2016 16:49
Vladimir ​Putin Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb

Bakı. 25 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ukraynanın xalq deputatı Nadejda Savçenkonun əfv olunması haqda fərman imzalayıb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti onu Ukraynanın Donbas bölgəsində ölən rusiyalı jurnalistlərin dul həyat yoldaşlarının xahişi əsasında əfv edib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib. Rusiyalı hərbçilər artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

Son xəbərlər

Orphus sistemi