Yuxarı

Vladimir Putin: "Rusiya və Türkiyənin bir çox ortaq maraqları var"

Türkiyə prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görürük

Bakı. 2 sentyabr. REPORT.AZ/ Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görür.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg"ə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"İlk növbədə, Türkiyənin məlum insidentə, vətəndaşımızın ölümünə görə birbaşa, heç nə uydurmadan üzr istəməsini nəzərə alırıq. Biz bu addımı yüksək qiymətləndiririk. Prezident Ərdoğan buna getdi və biz Türkiyə prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında maraqlı olduğunu müşahidə edirik", - deyə Rusiya dövlət başçısı vurğulayıb.

O, Rusiya və Türkiyənin həm Qara dəniz regionunda, həm qlobal planda, həm də Yaxın Şərq regionunda bir çox ortaq maraqlarının olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi