Vladimir Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

Vladimir Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm" "Rəqin müxalifətin əsas məqsədi səs-küylü yox, real gündəmlər təklif etməkdir"
Region
14 Dekabr , 2017 13:35
Vladimir Putin: Özüm özümə rəqib yetişdirəsi deyiləm
Sputnik/ Mikhail Klimentyev

Bakı. 14 dekabr. REPORT.AZ/ "Özüm özümə rəqib yetişdirəsi deyiləm".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında gələn il ölkəsində keçiriləcək prezident seçkilərində rəqibləri ilə bağlı danışarkən deyib.

"Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır", - V.Putin bildirib.

O, həmçinin vurğulayıb ki, ölkədə onun fikirlərini dəstəkləyən siyasi qüvvələrin, eləcə də vətəndaşların geniş dəstəyinə ümid edir. 

Son xəbərlər

Orphus sistemi