Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib Rusiya prezidenti: "Müsəlman icması ölkənin həyatında aktiv iştirak edir"
Region
12 Sentyabr , 2016 11:48
Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.

Bu barədə "Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

"Əsrlər boyu bu bayram insanların yaxınlaşmasına, İslamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır", - təbrikdə deyilir.

Rusiya prezidenti vurğulayıb ki, müsəlman icması ölkənin həyatında, gənc nəslin tərbiyəsində, dinlərarası münasibətlərin və millətlərarası dialoqun inkişafında aktiv iştirak edir. 

Son xəbərlər

Orphus sistemi