Vladimir Putin MDB ölkələri üçün əsas təhlükəsizlik təhdidlərini açıqlayıb

Vladimir Putin MDB ölkələri üçün əsas təhlükəsizlik təhdidlərini açıqlayıb Rusiya prezidenti: "Praktiki olaraq MDB-nin hər bir ölkəsi terror hücumlarının potensial hədəfidir"
Region
5 Aprel , 2017 14:55
Vladimir Putin MDB ölkələri üçün əsas təhlükəsizlik təhdidlərini açıqlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ MDB ölkələrində təhlükəsizlik baxımından əsas təhdidlər mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti, eləcə də xarici qüvvələrin MDB ölkələrində siyasi vəziyyətə təsiridir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə bildirib.

Bu günlərdə Sankt-Peterburq metrosunda baş verən terror aktına toxunan Rusiya prezidenti terror təhlükəsi ilə bağlı vəziyyətin yaxşılaşmadığını, praktiki olaraq MDB-nin hər bir ölkəsinin terror hücumlarının potensial hədəfi olduğunu vurğulayıb. 

"Təəssüf ki, vəziyyətin yaxşılaşdığını görə bilmirik. Buna ən yaxşı sübut Sankt-Peterburqda baş vermiş son faciəli hadisələrdir. Hazırda təşkilata daxil olan hər bir ölkə terror aktının potensial hədəfi halındadır. Ölkələrimizdə başqa təhdidlər də var", - V.Putin əlavə edib.

Son xəbərlər

Orphus sistemi