Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasına gecikir

Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasına gecikir Sammitin başlama vaxtı iki saatlıq təxirə salınıb
Region
16 Sentyabr , 2016 14:31
Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasına gecikir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin uçuşunda gecikmələr olması səbəbindən Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclası iki saatlıq təxirə salınıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat xidmətinin əməkdaşının bildirdiyinə görə, Rusiya prezidentinin təyyarəsi uçuş üçün əlverişsiz hava şəraitinə görə, uça bilmir.

Qeyd edək ki, Bişkek sammitində iştirak etmək üçün Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan prezidentləri artıq Qırğızıstandadır.

Son xəbərlər

Orphus sistemi