Yuxarı

Vladimir Putin Ermənistanla Qafqazda birgə HHM sistemi yaradılmasıyla bağlı imzalanmış sazişi Dövlət Dumasına təqdim edib

Sentyabr 26-da Rusiya hökuməti bu sazişi dəstəkləyib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqaz regionunda birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması üzrə imzalanmış sazişi ratifikasiyası üçün Dövlət Dumasına təqdim edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, sentyabrın 26-da Rusiya hökuməti bu sazişi dəstəkləyib. İyunun 30-da isə saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi