Vladimir ​Putin: "Çinlə səylərimizi birləşdirib, çətinlikləri dəf edə bilərik"

Vladimir ​Putin: "Çinlə səylərimizi birləşdirib, çətinlikləri dəf edə bilərik" Rusiya prezidenti: "İqtisadiyyatda, beynəlxalq siyasətdə üzləşdiyimiz çətinlikləri yaxşı dərk edirik"
Region
8 İyul , 2015 16:52
Vladimir ​Putin: Çinlə səylərimizi birləşdirib, çətinlikləri dəf edə bilərik

Bakı. 8 iyul. REPORT.AZ/ "Rusiya Çinlə səylərini birləşdirərək, bütün çətinliklərin öhdəsindən gələ və problemləri həll edə bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Tszinpinlə Şanxay Əməkdaşlığı Təşkilatının sammiti çərçivəsində keçirdiyi görüşdə bildirib.

V.Putin qeyd edib ki, iqtisadiyyatda, beynəlxalq siyasətdə üzləşdikləri çətinlikləri yaxşı dərk edirlər: "Şübhəsiz, səylərimizi birləşdirməklə qarşımızda duran bütün problemləri və çətinlikləri həll edə bilərik". 

Son xəbərlər

Orphus sistemi