Bakı. 14 aprel. REPORT.AZ/ "Biz düşmən əhatəsində deyilik və olmayacağıq da. Çünki dünya ölkələrinin əksəriyyəti ilə yaxşı əlaqələrimiz var".
"Report" xəbər verir ki, bunu rəsmi Moskva ətrafında ona qarşı olan ölkələrin dairəsinin genişlənməsiylə bağlı məsələni şərh edərkən Rusiya prezidenti Vladimir Putin deyib.
"Bizim qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərimiz var. Biz Türkiyəni də dost hesab edirik və onlarla mehriban qonşuluq münasibətləri quracağıq. Bizim qeyri-adekvat hesab etdiyimiz bəzi siyasətçilərlə problemlərimiz var və buna müvafiq reaksiya göstəririk. Amma yenə də biz sakit tərzdə işləyirik", - deyə V.Putin bildirib.