Yuxarı
    Bağlamaq

    ​Vladimir Putin Barak Obamaya məktub ünvanlayıb

    Vladimir Putin: Rusiya ilə ABŞ münasibətlərində fikir ayrılığı olsa da, dünyada sabitliyin və təhlükəsizliyin təmin olunması əsas amildir

    Bakı. 4 iyul. REPORT.AZ/ "Rusiya ilə ABŞ münasibətlərində fikir ayrılığı olsa da, dünyada sabitlik və təhlükəsizliyin təmin olunması əsas amildir". "Report" TASS-a istinadən xəbər verir ki, bu fikirlər Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obmaya ABŞ-ın Müstəqillik günü ilə bağlı ünvanladığı təbrik məktubunda yer alıb. 

    Vladimir Putin məktubda ABŞ və Rusiyanın bir-birinin maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında dialoq qurmasına, ən mürəkkəb beynəlxalq problemlərin və qlobal təhdidlərin səmərəli həllini tapa biləcəklərinə əminliyini ifadə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi