Vladimir Putin: "Akkuyu AES-in tikintisi Türkiyə iqtisadiyyatının inkişafında yeni mərhələdir"

Vladimir Putin: "Akkuyu AES-in tikintisi Türkiyə iqtisadiyyatının inkişafında yeni mərhələdir" Bakı. 3 aprel. REPORT.AZ/ Akkuyu Atom Elektrik Stansiyasının (AES) ikinci bloku 2023-cü ilədək inşa ediləcək, onun açılışı isə Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunacaq.
Region
3 Aprel , 2018 18:10
Vladimir Putin: Akkuyu AES-in tikintisi Türkiyə iqtisadiyyatının inkişafında yeni mərhələdir
Foto: "RİA Novosti"

Bakı. 3 aprel. REPORT.AZ/ "Akkuyu Atom Elektrik Stansiyasının (AES) ikinci bloku 2023-cü ilədək inşa ediləcək, onun açılışı isə Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunacaq".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-in birinci blokunun tikintisinin başlanması mərasimində bildirib.

"Türkiyə texniki və iqtisadiyyat baxımından yüksək inkişaf etmiş dövlətdir. Amma bu, Türkiyə Respublikası iqtisadiyyatının inkişafında yeni mərhələdir, yeni addımdır", - V.Putin deyib.

Onun sözlərinə görə, Türkiyədəki ilk AES-in yaradılmasına Rusiyanın yardım etməsi ölkənin dünya atom enerjisi sahəsində tanınmış liderlərdən biri olması ilə bağlıdır.

V.Putin bildirib ki, ekspert hesablamalarına görə, Akkuyu AES Türkiyənin ümumi enerji istehsalının, təxminən, 10 faizini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi