Vladimir Putin: "AİB ilə əməkdaşlığa 50 ölkə maraq göstərir"

Vladimir Putin: "AİB ilə əməkdaşlığa 50 ölkə maraq göstərir" AİB və Çin arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş üzrə danışıqlar aparılır
Region
15 May , 2017 10:37
Vladimir Putin: AİB ilə əməkdaşlığa 50 ölkə maraq göstərir

Bakı. 15 may. REPORT.AZ/ "Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlığa Avropa, Asiya və Latın Amerikasının təxminən 50 ölkəsi maraq göstərir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Bir kəmər - bir yol" forumun ikinci günündə dəyirmi masanın iclasında deyib.

Onun sözlərinə görə, AİB və Çin arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş üzrə, İsrail ilə azad ticarət haqqında danışıqlar aparılır, Misir, İran, Hindistan, Serbiya və Sinqapur ilə isə məsləhətləşmələrə başlamaq üçün razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi