Yuxarı

​Vladimir Putin 8 ildə ilk dəfə olaraq ABŞ-a səfər edəcək

Rusiya prezidenti BMT-nin sessiyasında iştirak edəcək

Bakı. 29 Avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasına qatılacaq Rusiyanın nümayəndə heyətinə rəhbərlik edəcək.

"Report" xəbər verir ki, nümayəndə heyətinin tərkibi haqqında sərəncam internet-informasiya rəsmi portalında yerləşdirilib.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Aleksey Puşkov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, XİN rəhbərinin müavini Gennadi Qatilov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak daxildir. Puşkov ABŞ-ın qadağan olunmuş şəxslər siyahısına daxildir.

Vladimir Putin sonuncu dəfə Birləşmiş Ştatlara 2007-ci ilin iyulunda səfər edib.

Assambleyanın 70-ci sessiyası sentyabrın 15-də başlayacaq və oktyabrın 6-da işinə yekun vuracaq. Prezident Putin sessiyada iki dəfə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi