Yuxarı
    Bağlamaq

    ​Vitse-spiker: "Ermənistandakı siyasi mübarizələr Sarqsyan rejiminə qarşı etirazların olduğunu göstərir"

    Ermənilərin arasında da bəziləri anlayır ki, bu rejim bu şəkildə davam edə bilməz

    Bakı. 24 noyabr. REPORT.AZ/ "Ermənistan daxilində gedən siyasi mübarizələr Sarqsyan rejiminə qarşı içəridən etirazların olduğunu göstərir". Bunu "Report"a Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Ermənistan mətbuatında son günlər prezident Serj Sarqsyana qarşı aparılan anti-təbliğat materiallarına münasibət bildirərkən deyib.

    B.Muradovanın sözlərinə görə, bu onu göstərir ki, hakimiyyətə yaxın dairələrin özündə bəzən siyasi ambisiyalar üstünlük təşkil edir. Bu, Ermənistan iqtidarının yekcins, bir mövqedə olmadığının sübutudur.

    "Ermənilərin arasında da bəziləri anlayır ki, bu rejim belə davam edə bilməz. Bu rejim erməni vətəndaşlarına, erməni xalqına qarşı yönəlib. Fikirləşsinlər ki, bu mübarizədən erməni xalqı nə qazandı, sadə erməni nə əldə etdi - məhrumiyyət, iqtisadi çöküş, işsizlik, sosial çətinliklər, müharibə təhlükəsi hər an başının üzərində, övladları Ermənistanın ərazisinə aid olmayan yerlərdə bir-birinin ardınca məhv olur, qurban gedir və bu vəziyyət Ermənistan vətəndaşlarını narazı salır. Onlar da bu cür vasitələrlə Sarqsyana etiraz edirlər", - Milli Məclisin vitse-spikeri bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi