​Vitali Kliçko yenidən Kiyevin meri seçilib

​Vitali Kliçko yenidən Kiyevin meri seçilib Səsvermədə iştirak edən seçicilərin 66,49 faizi ona səs verib
Region
16 Noyabr , 2015 13:45
​Vitali Kliçko yenidən Kiyevin meri seçilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Vitali Kliçko yenidən Ukraynanın paytaxtı Kiyevin meri seçilib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu haqda Kiyev şəhərinin ərazi Seçki Komissiyası açıqlama yayıb.

Məlumata görə, səsvermə bülletenlərinin hamısı sayılıb. Səsvermədə iştirak edən seçicilərin 66,49 faizi Vitali Kliçkoya, 33,51 faizi isə onun rəqibi Borislav Berezaya səs verib.

Qeyd edək ki, noyabrın 15-də Kiyev şəhərinə mer seçkisinin ikinci turu keçirilib.

Son xəbərlər

Orphus sistemi