​Vatikan Roma papasının qondarma "erməni soyqırımı" ifadəsini işlətməsinə aydınlıq gətirib

​Vatikan Roma papasının qondarma "erməni soyqırımı" ifadəsini işlətməsinə aydınlıq gətirib Federiko Lombardi: "Biz türklərin təpkisini nəzərə alırıq, ancaq heç bir mübahisəyə girmək niyyətində deyilik"
Region
15 Aprel , 2015 20:22
​Vatikan Roma papasının qondarma erməni soyqırımı ifadəsini işlətməsinə aydınlıq gətirib

Bakı. 15 aprel. REPORT.AZ/ "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komissiya təklifi məni məmnun edər. Mən Ərdoğanın söylədiklərinin anlamlı olduğunu bildirdim. Bu mənim üçün maraqlı təklifdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Vatikanın sözçüsü Federiko Lombardi deyib.

"Biz türklərin təpkisini nəzərə alırıq. Ancaq heç bir mübahisəyə girmək niyyətində deyilik. Papa da Ərdoğana ortaq komissiya təklifi etdi və bu, maraqlı bir təklifdir", - o bildirib.

F.Lombardi Türkiyə ilə Vatikan arasındakı diplomatik böhrana da toxunub: "Papa hər zaman açıq danışır. O, Papa II İoahan Pavel və II Karagenin (ermənilərin baş keşişi nəzərdə tutulur - S.İ.) 2001-ci ildə imzaladığı ortaq bildirişi xatırladıb. Yani "soyqırım" ifadəsini istinad zamanı istifadə edib".

Son xəbərlər

Orphus sistemi