Vaşinqton: "Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır"

Vaşinqton: "Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır" ABŞ dövlət katibinin birinci müavini Entoni Blinken Gürcüstan mövzusunu şərh edib
Region
3 Noyabr , 2015 03:32
Vaşinqton: Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır

Bakı. 03 noyabr. REPORT.AZ/ ABŞ Gürcüstan ərazisindəki münaqişə ocaqlarının sülh yolu ilə nizamlanmasını dəstəkləyir və hesab edir ki, Rusiya 2008-ci ildə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin birinci müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rusiyaya məxsus hərbi birləşmələr Gürcüstan ərazisini tərk etməli və əhaliyə humanitar yardmının çatdırılması təmin edilməlidir.

"Münaqişələrin sülh yolu ilə həllinə dair bütün səyləri dəstəkləyirik. Gürcüstanın ərazi bütövlüyünə Rusiya da hörmətlə yanaşmalıdır", - deyə Entoni Blinken vurğulayıb.

Son xəbərlər

Orphus sistemi