Vanda baş verən partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB

Vanda baş verən partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB Xəstəxanaya yerləşdirilən mülki şəxslərdən biri dünyasını dəyişib
Region
19 Avqust , 2016 19:51
Vanda baş verən partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB

İlk xəbər 18:58-də verilib

Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyənin Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib. 

"Report"un "Hüriyyet"ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada mülki şəxslərdən biri dünyasını dəyişib.

PKK terror təşkilatı yola yerləşdirdiyi qurğunu Van-Özalp magistral yolunun 50-ci kilometrliyində partladıb. 

Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyata başlanılıb.

Son xəbərlər

Orphus sistemi