Yuxarı

Valeri Permyakovun işinə Gümrüdəki Rusiya bazasında baxılacaq

Yaxın həftələrdə istintaq başa çatacaq

Bakı. 29 mart. REPORT.AZ/ Rus hərbçisi Valeri Permyakovun işinə Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı bazasının ərazisində hərbi tribunal tərəfindən baxılacaq. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə iş üzrə Komitənin sədri Leonid Slutskiy bildirib.

Deputat yaxın həftələrdə istintaqın başa çatacağını və məhkəmənin açıq keçiriləcəyini qeyd edib. 

Xatırladaq ki, V.Permyakov yanvarın 12-də hərbi bazanı tərk edib və Avetisyanlar ailəsinin yaşadığı evə girərək 7 üzvünü tabel silahından qətlə yetirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi