"Vahid Rusiya" Dövlət Dumasında 343 deputat mandatı əldə edib

"Vahid Rusiya" Dövlət Dumasında 343 deputat mandatı əldə edib İkinci yerdə RFKP və üçdə RLDP gedir
Region
23 Sentyabr , 2016 04:14
Vahid Rusiya Dövlət Dumasında 343 deputat mandatı əldə edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiyada keçirilən parlament seçkilərindən sonra "Vahid Rusiya" Partiyası Dövlət Dumasında 343 deputat mandatı qazanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev qurumun iclasında bildirib.

Mandatların sayına görə ikinci yerdə Rusiya Federasiyası Kommunist Partiyası – 42 və üçüncü yerdə Rusiya Liberal Demokrat Partiyası – 23, qərarlaşıb.

Bulayevin sözlərinə görə, Dövlət Dumasında bir deputat Vətəndaş platformasından, bir deputat Vətən Partiyasından, digər biri isə müstəqil namizəd olacaq.

Son xəbərlər

Orphus sistemi