​Vaan Martirosyan: "Ermənistan ordusu acınacaqlı vəziyyətdədir"

​Vaan Martirosyan: "Ermənistan ordusu acınacaqlı vəziyyətdədir" "Azərbaycan-Ermənistan sərhədi açılarsa, Ermənistandan qaçqın axını Avropadakı kimi eyni olacaq"
Region
18 Sentyabr , 2015 13:17
​Vaan Martirosyan: Ermənistan ordusu acınacaqlı vəziyyətdədir

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Ermənistanda bu gün heç kim döyüşmək istəmir. Müharibə olarsa, bu, hər iki xalq üçün faciə olacaq". "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.

"Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Hətta Ermənistan Afrikanın hər hansı bir dövlətinin ordusuna cavab vermək iqtidarında deyil. Gənclərin 90%-də vətənpərvərlik ruhu yoxdur. Bir çoxları hərbi xidmətdən yayınmağa çalışır", - Ermənistanın müxalifət nümayəndəsi deyib.

O, Azərbaycanda belə qarşılanacağının gözləmədiyini qeyd edib.

"Əgər Azərbaycan-Ermənistan sərhədi açılarsa, Ermənistandan qaçqın axını Avropadakı kimi eyni olacaq", - V.Martirosyan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi