Bakı. 29 aprel. REPORT.AZ/ "Qarşı tərəf uyğun təkliflə çıxış edərsə, o zaman Rusiya "T-90" tanklarının İranda istehsalını təşkil etməyə hazırdır".
"Report" xəbər verir ki, bunu "UralVaqonZavod"un direktorunun müavini Vyaçeslav Xalitov "İnterfax"a müsahibəsində bildirib.
O vurğulayıb ki, Rusiya tərəfi bu təklifi dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, bir müddət öncə şirkətin baş direktorunun müavini Aleksey Jariç Tehrana qarşı tətbiq edilən qadağalar götürüldükdən sonra İranda tank istehsalının mümkün olacağını demişdi.