"Ural hava yolları" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib

"Ural hava yolları" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib Rusiyanın Ural hava yolları aviaşirkətinin nəşri - UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.
Region
18 İyun , 2019 22:56
Ural hava yolları Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib

Rusiyanın "Ural hava yolları" aviaşirkətinin nəşri - UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.

"Report" xəbər verir ki, müvafiq açıqlama aviaşirkətin mətbuat xidməti tərəfindən yayılıb.

"UAM ("Ural hava yolları" aviaşirkətinin nəşri) jurnalının redaksiyası və "Ural hava yolları" aviaşirkəti jurnalın №117/2019 sayının reklam maketində yol verilmiş qeyri-dəqiqliyə görə üzr istəyir", - deyə yayılmış press-relizdə bildirilir.

Qeyd edilir ki, məlumatlarla jurnalın iyun nömrəsinin tirajı reklam maketi ilə reyslərdən götürülüb və elan verənlə müqavilə ləğv ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalı Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribatyol verib.

Son xəbərlər

Orphus sistemi