Yuxarı

Vladimir Zelenskinin andiçmə mərasiminin ilkin tarixi açıqlanıb

Ukraynanın yeni Prezidenti nə vaxt and içəcək

Ukrayanda prezident seçkisində qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 28-də keçirilə bilər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu onun Seçki Qərargahının nümayəndələrindən biri deyib.

O əlavə edib ki, bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır. Çünki 6 aydan sonra Ukrayanda növbəti parlament seçkiləri keçiriləcək. 

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə bülletenlərinin 99 faizini sayıb. Viladimir Zelenskiyə seçicilərin 73,15 faizi (13 milyon 262 min 89 nəfər) səs verib.

Hazırk Prezident Petro Poroşenko 24,53 faiz (4 milyon 447 min 166nəfər) səs toplayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi