Ukraynanın şərqindəki gərginliklə bağlı Üçtərəfli təmas yarımqrupunun iclası başlayıb

Ukraynanın şərqindəki gərginliklə bağlı Üçtərəfli təmas yarımqrupunun iclası başlayıb Son günlər Avdeyevkada vəziyyətin gərginləşdiyi barədə xəbər yayılıb
Region
1 Fevral , 2017 13:01
Ukraynanın şərqindəki gərginliklə bağlı Üçtərəfli təmas yarımqrupunun iclası başlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ukraynanın şərqindəki vəziyyətlə bağlı Minskdə Üçtərəfli təmas yarımqrupunun işçi iclası başlayıb.

“Report” “Radio Svaboda”ya istinadən xəbər verir ki, iclasda əsasən Ukraynanın Avdeyevka şəhərindəki vəziyyət və silahlı qarşıdurma müzakirə olunur.

Məlumata görə, yığıncaqda Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in təhlükəsizlik üzrə işçi yarımqrupdakı əlaqələndiricisi Ərtoğrul Apakan, ATƏT-in fəaliyyətdə olan həmsədrinin xüsusi nümayəndəsi Martin Saydik, habelə Ukrayna və Rusiyanın hərbi qurumlarının təmsilçiləri iştirak edirlər.

Qeyd edək ki, son günlər Avdeyevkada vəziyyətin gərginləşdiyi barədə xəbər yayılıb. 

Son xəbərlər

Orphus sistemi