Yuxarı

​Ukraynadakı münaqişə bölgəsindən ağır və zirehli texnika çıxarılır

Ağır texnikanın geri çəkilməsi prosesi oktyabrın 17-dək davam edəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukrayna ordusu və Donbasdakı separatçı qüvvələr ölkənin Luqansk vilayətindən ağır texnikanı geri çəkməyə başlayıblar. 

"Report" UNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Vladıslav Seleznyov bildirib.

Onun sözlərinə görə, ağır texnikanın geri çəkilməsi prosesi oktyabrın 17-dək davam edəcək: "Luqansk vilayətindən silahların geri çəkilməsinin birinci mərhələsi 15 gün sürəcək. Oktyabrın 18-dən noyabrın 12-dək 100 mm çaplı silahların Donetsk vilayətindən geri çəkilməsinə başlanılacaq".

Məlumata görə, müəyyən rayonlara yerləşdirilən T-64 və T-72 tankları, 85 mm çaplı D-48 və D-44 toplar və 82 mm çaplı 2B-9 minaatalar çıxarılacaq.

Hər iki tərəf texnika və silahları bölgədən çıxaracaq. Bu proses ATƏT-in və KİV-in müşahidəsi altında həyata keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi