Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib - VİDEO

Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib - VİDEO Yaxınlıqdakı evlərin əhalisi təxliyyə olunur
Region
27 Sentyabr , 2017 01:51
Ukraynanın Kalinkovka şəhərindəki silah anbarında partlayış baş verib - VİDEO

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən hərbi anbarda partlayışla nəticələnən yanğın baş verib.

"Report" xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları yaxınlıqdakı ərazilərin əhalisini təxliyyə edir.

"Polis partlayış səslərinin eşidildiyi Kalinkovka şəhərində ictimai asayişin mühafizəsini təmin edir. Milli Qvardiyanın əməkdaşları və hüquq mühafizəçiləri yaşayış məntəqəsinə girişi bağlayıb və yerli sakinlərin köçürülməsi ilə məşğul olur", - deyə Vinnitskaya vilayətinin Baş Polis İdarəsinin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi